Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, azərbaycanlıyam" II Beynəlxalq Folklor-Yaradıcılıq Festivalı keçirilir.

Festivalın ikinci günü Özbəkistan Respublikasından olan qonaqlar, eləcə də ölkə ərazisində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin müxtəlif nominasiyalar üzrə qalib gəlmiş dərnək üzvləri diplomlarla təltif olunublar.

Tədbirin davamında rəqs qruplarının hazırladıqları bir-birindən maraqlı nömrələr nümayiş etdirilmişdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ